Bu məktəblərə qeydiyyat müddəti uzadıldı

Bu məktəblərə qeydiyyat müddəti uzadıldı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı sənədlərin qəbulu və qeydiyyat müddəti 12 sentyabr saat 18:00-dək uzadılıb.

Bu barədə Milletinsesi.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, namizədlər tələb olunan sənədləri “MyCulture” şəxsi kabineti üzərindən sistemə yükləməklə qəbulunu təsdiqləyə bilərlər.

Share: