5 ölkə Aİ-nin təklifini blokladı: Ruslara vizaların verilməsi…

5 ölkə Aİ-nin təklifini blokladı: Ruslara vizaların verilməsi…

Yunanıstan hakimiyyəti 2022-ci ildən bəri ilk dəfə olaraq Avropa İttifaqının (Aİ) ruslara qarşı ayrı-seçkilik qərarını bloklayıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Pronews” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Yunanıstan yeni sanksiyalar paketinin şərtlərini qəbul etməkdən və İon adaları kimi məşhur turizm bölgələrində rusiyalı səyahətçilər üçün viza məhdudiyyətləri tətbiq etməkdən imtina edib. Bu tədbir Avropa ölkəsi daxilindəki rus icmasına da zərər verə bilər, çünki bundan sonra onun nümayəndələrinə uzunmüddətli viza verilməyəcək.

Digər məsələlərlə yanaşı, səlahiyyətlilər Rusiyanın yunanlara qarşı oxşar tədbirlər görə biləcəyini təklif ediblər.

Qeyd edək ki, Yunanıstanla yanaşı İtaliya, İspaniya, Fransa və Macarıstan da veto qoyub.

Publika.az

Adəm

Share: