Oksana Qazaxıstanda mükafat aldı – Fotolar

Oksana Qazaxıstanda mükafat aldı – Fotolar

Qazaxıstanda 3-cü “Bikenfest” Beynəlxalq Teatr Festivalı keçirilib.

Milletinsesi.az Axşam.az-a istinadən xəbər verir ki, tədbirdə Qazaxıstan, Özbəkistan, Gürcüstan, Qırğızıstan kimi ölkələrin Akademik Dram Dövlət teatrları ilə yanaşı, Azərbaycandan təsisçisi Xalq Artisti Vidadi Həsənov olan müstəqil “M.Teatr” da iştirak edib.

Festival çərçivəsində “M.Teatr” Stefan Sveyqin “Yad qadının məktubu” tamaşasını göstərib. Yarışmada Azərbaycanın tanınmış teatr və kino aktrisası Oksana Rəsulova “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi olub. Bu uğur festivalda Azərbaycan teatr sənətinin yüksək səviyyəsini bir daha nümayiş etdirib.

Share: