Beyləqanda Nəsimi parkı salınır

Beyləqan şəhərinin Sərdar Mirəliyev küçəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə park salınır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, küçəboyu 2100 metr uzunluğu olan parkda hazırda torpaq işləri görülür, bardürlər düzülür, müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılır, yaşıllıqlar salınır.

İşlərin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur.

Share: