İngiltərədəki siyasi partiyalar seçkiqabağı kampaniyaya başlayır

Noyabrın 6-da İngiltərədəki siyasi partiyalar rəsmi olaraq seçkiqabağı kampaniyaya başlayacaq.

Bu gün Baş Nazir Boris Conson Kraliça II Elizabetlə Bukinqem sarayında görüşəcək və seçki kampaniyasının başlandığını elan edəcək.

Bununla da Mühafizəkarlar Partiyası təşviqat kampaniyasına rəsmən start verəcək və Boris Conson İngiltərənin Avropa İttifaqından çıxması ilə bağlı planlarını açıqlayacaq.

Müxalif Leyboristlər Partiyasının lideri Ceremi Korbinin isə dəyişiklik vəd edəcəyi gözlənilir.

Liberal Demokratlar isə təşviqat kampaniyasına artıq dünəndən başlayıblar.

Qeyd edək ki, Britaniya parlamentinə 650 deputat seçiləcək. (AZƏRTAC)

Share: