
Avropa Şurasının üzvləri cümə axşamı keçiriləcək sammitdə Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsini müzakirə edəcək və 20-ci sanksiyalar paketi ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Millətin Səsi.az xəbər verir ki, Avropa Şurasının prezidenti Antonio Kosta Aİ liderlərinə dəvət məktubunda yazıb: “Biz Ukraynaya dəstəyimizi necə gücləndirəcəyimizi, yəni ölkəyə gələcək illər üçün maliyyə dəstəyi göstərmək öhdəliyimizi təsdiqləyərək və Rusiyanın hərəkətsizləşdirilən aktivlərinə əsaslanaraq mümkün variantları nəzərdən keçirəcəyik”.
Kosta bildirib ki, Ukrayna ilə bağlı müzakirələr blokun Rusiyaya təzyiqi artırmaq səylərini “ədalətli və davamlı sülh” əldə etmək üçün zəruri tələb kimi qiymətləndirəcək.
Həmçinin sammitdə pilotsuz təyyarələrin hücumları fonunda Avropanın ümumi müdafiə hazırlığı istiqamətində işlərin sürətləndirilməsi müzakirə olunacaq. Və Aİ liderləri Rusiyanın enerji idxalına tamamilə qadağa qoyulması fonunda blokun rəqabət qabiliyyətini necə artırmaq barədə müzakirələr aparacaqlar.