DTX Vüqar Məmmədovu saxladı – Yenilənib

DTX Vüqar Məmmədovu saxladı – Yenilənib

DTX Hurriyyet TV-də əməliyyat keçirib.

Millətin Səsi.az Bakupost.az-a istinadla xəbər verir ki, əməliyyat zamanı “Hürriyyət” qəzeti, eyniadlı Hurriyyet.az saytı və Hurriyyet TV-nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.

Qeyd olunur ki, Hurriyyet TV-nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.

Bundan başqa, Azərbaycan Demokrat Partiyasının qərargahında yerləşən “Futbol+” qəzetinin redaksiyasında da əməliyyat keçirilib. Əməliyyat zamanı qəzetin baş redaktoru Mahir Rüstəmli saxlanılsa da, bir müddət sonra o, sərbəst buraxılıb.

Share: