Rusiya Kursk bölgəsinin minalardan təmizlənməsi kimi təhlükəli və çətin işdə Şimali Koreya hərbçilərinin köməyini heç vaxt unutmayacaq.
Milletinsesi.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz Kursk bölgəsinin minalardan təmizlənməsində KXDR-in göstərdiyi bu köməyi heç vaxt unutmayacağıq. Bu iş davam edir, iş təhlükəli və çətindir. Həqiqətən də, koreyalı dostlarımız bizə çox kömək edir, buna görə çox minnətdarıq”, – o bildirib


