Azərbaycan millisi Şimali İrlandiyaya qarşı

Azərbaycan millisi Şimali İrlandiyaya qarşı

Azərbaycanın U-19 millisi bugün Avropa çempionatının seçmə mərhələsində 2-ci matçına çıxacaq.

Milletinsesi.az xəbər verir ki, Elxan Abdullayevinkomandası Şimali İrlandiya ilə qarşılaşacaq.

Maltanın Ta Qali şəhərindəki “Sentenari” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Matç  qazaxıstanlı Sayat Karabayevə həvalə olunub.

Qeyd edək ki, komanamız 13-cü qrupdakı ilk matçda Çexiyaya böyük hesabla uduzub – 1:6.

Qol.az

Share: