Ukrayna münaqişəsinə son verib- verməmək Moskva və Kiyevin işidir

Ukrayna münaqişəsinə son verib- verməmək Moskva və Kiyevin işidir

Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin həlli üzərində işləyir, lakin buna son verib-verməmək Moskva və Kiyevin işidir.

Millətin Səsi.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib:

“Nəhayət, bu, onların öz ixtiyarında olacaq. Əgər onlar müharibəni bitirmək istəmədiklərini qərara alarlarsa, o zaman müharibə davam edəcək”.

Rubio əlavə edib ki, Birləşmiş Ştatlar münaqişənin “hər iki tərəf arasında fərqi necə aradan qaldıracağını” anlamağa çalışır.

“Bunun üçün hər iki tərəflə danışmalıyıq. Bu məsələyə bəzi irrasional adamlar qarışıb, onlar deyir ki, biz yalnız Ukrayna tərəfi ilə danışmalıyıq, ruslarla ümumiyyətlə danışmamalıyıq. Rusiya ilə danışmadan Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq olmaz. Amma Ukraynanın mövqeyini də nəzərə almaq lazımdır”, – o deyib.

Bundan əvvəl Rusiya lideri Vladimir Putin Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və ABŞ prezidenti Donald Trampın kürəkəni, biznesmen Cared Kuşnerlə görüşüb. Əsas mövzu Ukraynada nizamlanma olub. Söhbət təxminən beş saat davam edib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Amerika sülh planının dörd sənədindən irəli gələn təkliflərin əsas ideyaları müzakirə olunub.

Share: