Macarıstanın xarici işlər naziri: Brüssel Kiyev qədər korrupsionerdir

Macarıstanın xarici işlər naziri: Brüssel Kiyev qədər korrupsionerdir

Avropa İttifaqı Ukraynadakı korrupsiya qalmaqalına əhəmiyyət vermir, çünki Aİ rəsmilərinin özləri də korrupsiyadadırlar.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto  Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Federika Moqerininin Belçika polisi tərəfindən irimiqyaslı dələduzluqda şübhəli bilinərək saxlanılmasını şərh edərkən deyib:

“İnanıram ki, Brüsselin Kiyevi niyə məsuliyyətə cəlb etmədiyi indi aydındır. Kiyevdə baş verənlərin eynisi Brüsseldə də baş verir. Burada böyük korrupsiya çiçəklənir”.

Dekabrın 2-də Avropa Komissiyası və Avropa Baş Prokurorluğu Avropa Xarici Fəaliyyət Xidmətinin Brüsseldəki baş qərargahında, Brüsseldə yerləşən Avropa Kollecində və “üç nəfərin” Belçika polisi tərəfindən saxlanıldığı bir neçə fərdi evdə aparılan axtarışlar barədə məlumatı təsdiqləyib. Onlar Avropa İttifaqının maliyyələşdirdiyi layihələr, o cümlədən Avropa Kollecində gənc diplomatlar üçün təlim proqramı üzrə tenderləri saxtalaşdırmaqda ittiham olunurlar. Belçikanın “L’Echo” qəzeti xəbər verir ki, Moqerini ilə yanaşı, Aİ-nin keçmiş baş katibi Stefano Sannino da saxlanılıb.

Share: