Bu energetik içkidə təhlükəli maddə aşkarlandı

Bu energetik içkidə təhlükəli maddə aşkarlandı

Ölkəmizə idxal olunan “Nitro Max” energetik içkilərində qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən təhlükəli maddə aşkarlanıb.

Bu barədə Millətin Səsi.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən “Orxan 011” MMC tərəfindən idxal olunmuş “Nitro Max” əmtəə nişanlı energetik içki məhsul partiyasından laborator sınaqların aparılması üçün nümunələr götürülərək müvafiq sınaq laboratoriyasına təqdim edilib. Sınaq nəticələrinə əsasən, məhsullarda dərman vasitələrinin tərkibində istifadə olunan və qida məhsullarında qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən Sildenafil maddəsi aşkar edilib.

Qeyd edilib ki, Sildenafil maddəsi bəzi orqan və sistem xəstəliklərinin müalicəsində istifadə olunur. Həkim nəzarəti olmadığı halda insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlar törədə bilər.

Uyğunsuzluq müəyyən edilən məhsul partiyaları barəsində qanunvericiliyə uyğun qərarlar qəbul olunub. Ümumi sayı 4800 ədəd olan energetik içkil sahibkarın və Agentlik əməkdaşlarının iştirakı ilə xüsusi poliqonda məhv edilib.

Share: