İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 850-yə yaxınlaşıb

İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 850-yə yaxınlaşıb

İndoneziyanın Sumatra adasında güclü daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 846 nəfər ölüb, 547 nəfər isə itkin düşüb.

Millətin Səsi.az xəbər verir ki, təbii fəlakət nəticəsində 2700-ə yaxın insan xəsarət alıb. Əvvəlki hesablamalarda ölənlərin sayının 800-dən çox olduğu bildirilirdi.

İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin məlumatına görə, fəlakətə bir həftədən artıqdır bölgəni yağan güclü yağışlar səbəb olub. Palçıq sürüşmələri evləri, yolları və kritik infrastrukturu dağıdıb, ən çox zərər çəkmiş ərazilərdə xilasetmə işlərini xeyli çətinləşdirib.

Share: