Rusiya aktivlərinin daimi dondurulması qərarı AB-yə ziyan vuracaq

Rusiya aktivlərinin daimi dondurulması qərarı AB-yə  ziyan vuracaq

Avropa İttifaqı Şurasının Rusiyanın Avropadakı aktivlərinin daimi dondurulması ilə bağlı mümkün qərarı Avropa İttifaqına düzəlməz zərər vuracaq.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban bildirib.

Orban X sosial şəbəkəsində yazıb: “Bu gün Brüssellilər Rubikonu keçir. Günorta saatlarında Birliyə düzəlməz ziyan vuracaq yazılı səsvermə baş tutacaq. Səsvermənin mövzusu AB-yə üzv ölkələrin indiyədək hər 6 aydan bir səs verdiyi və yekdilliklə qərar qəbul etdiyi dondurulmuş Rusiya aktivləridir”.

Onun sözlərinə görə, Avropa Komissiyası “sistemli şəkildə Avropa qanunlarını zorlayır”.

Share: