12 dekabr 2025-ci il tarixində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri Ulu Öndər Heydər Əliyevin rayon ərazisində ucalan abidəsini ziyarət edərək dərin ehtiramlarını bildiriblər. Abidənin önünə gül dəstələri qoyulub, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsi yad edilib.
Daha sonra ehsan mərasimi təşkil olunub, Ulu Öndərin ruhuna dualar edilib.
Mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva, eləcə də YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkəmizin inkişaf strategiyasının müəyyənləşdirilməsində əvəzsiz xidmətlərini xüsusi vurğulayıblar. Çıxış edənlər Ulu Öndərin həyat yolunun, siyasi irsinin bu gün də ölkənin tərəqqisinə xidmət etdiyini bildiriblər. Onun müəyyən etdiyi inkişaf xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın regionda və dünyada nüfuzunun daha da artdığı qeyd olunub.
Tədbir iştirakçıları Ulu Öndərin xatirəsinin xalqımızın qəlbində daim yaşadığını, onun ideyalarının gələcək nəsillərə nümunə olduğunu bildiriblər.


