Siyarto: Bu Avropa ilə Rusiya arasında müharibə təhlükəsi yardacaq

Siyarto: Bu Avropa ilə Rusiya arasında müharibə təhlükəsi yardacaq

Ukraynanın Avropa İttifaqına qoşulması təkcə onun təhlükəsizliyini təmin etməyəcək, həm də bütün Avropa üçün Rusiya ilə müharibə təhlükəsi yaradacaq.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Brüselldə  keçirilən xarici işlər nazirlərinin görüşündən sonra bildirib:

“Biz, Macarıstan xalqı, Ukraynanın Avropa İttifaqına üzvlüyünə Ukraynaya verilən təhlükəsizlik zəmanəti kimi deyil, bütün Avropa üçün müharibə təhlükəsi kimi baxırıq”.

Nazir əlavə edib ki, Ukrayna Rusiya ilə silahlı münaqişə vəziyyətindədir, ona görə də onun üzvlüyü “bütün Avropa İttifaqı üçün böyük təhlükə yaradacaq”.

Macarıstan hökuməti dəfələrlə bəyan edib ki, Ukraynanın sürətlə Aİ-yə daxil olmasına imkan verməyəcək, çünki bu, Avropa iqtisadiyyatını məhv edəcək və Rusiya ilə birbaşa silahlı münaqişəyə səbəb olacaq.

Qeyd edək ki, İyunun 26-da Brüsseldə keçirilən Aİ sammitində Macarıstanın baş naziri Orban Ukraynanı dəstəkləyən birgə bəyanatın qarşısını alıb və bu, üzvlük danışıqlarının başlaması üçün zəmin yaradacaqdı. Hazırda Ukrayna münaqişəsinin sülh yolu ilə həlli kontekstində Qərbin Ukrayna üçün təhlükəsizlik təminatı məsələsi müzakirə olunur.

Share: