CHP lideri Özəl və CHP millət vəkili Ağbabanın 2016-cı ildə dünyasını dəyişən Kamer Gəncin məzarı başında rakı içdiyini əks etdirən görüntülər ortaya çıxıb.
Millətin Səsi.az “Haber7”-yə istinadən xəbər verir ki, Ağbaba 5 il əvvəl çəkilmiş görüntüləri “Son istəyi bu idi” deyərək görüntülərə haqq qazandırmaq istəs də , Gəncin ailəsi iddianı təkzib edib.
Atikə danışan Gəncin ailəsi belə bir vəsiyyətdən xəbərsiz olduqlarını və ictimaiyyət kimi görüntüləri ilk dəfə gördüklərini bildiriblər. Ailə Kamer Gençin inanclı adam olduğunu və belə bir şeyin olmasını istəməyəcəyini bildirib.



