Noyabrın 16-dan etibarən 2019-20120-ci dərs ilinin ilk – payız tətili başlayır.
Milletinsesi.az xəbər verir ki, tətil 16-20 noyabr tarixlərini əhatə edəcək.
5 günlük payız tətilindən sonra məktəblilər noyabrın 21-də dərsə gedəcəklər.
Qeyd edək ki, tədris ilində şagirdlər üçün payız tətili ilə yanaşı, 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq. Həmçinin Yeni il və Novruz bayramı günləri ilə əlaqədar ölkədə qeyri-iş günləri hesab edilən günlərdə şagirdlər dərsə getməyəcəklər.