“Hər kəsi könüllü donor olmağa çağırıram”.
Milletinsesi.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu ilk dəfə meyit donordan ürək köçürülən pasiyent Rəşad Məmmədəliyev “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masada deyib.
O bildirib ki, hazırda səhhəti çox yaxşıdır:
“Əməliyyatdan sonra da normal həyatıma davam edirəm. Hər şey yaxşıdır. Ümid edirəm, bütün xəstələr tezliklə şəfa taparlar”.
Məhərrəm Əliyev


