Vaşinqton və Tehran ABŞ-ın İranın mineral ehtiyatlarına çıxış imkanlarını müzakirə edə bilər.
Millətin Səsi.az bildirir ki, CNN mənbələrə istinadən xəbər verir.
Mənbələrdən birinə görə, keçən il ABŞ-İran danışıqlarının bir neçə raundu zamanı nüvə sazişi ilə birlikdə bağlana biləcək mümkün işgüzar sövdələşmələr, o cümlədən İranın neft, qaz və nadir torpaq minerallarının işlənməsi üçün ABŞ-a imtiyazlı girişin verilməsi barədə müzakirələr aparılıb. Mənbə əlavə edib ki, mövzunun yenidən gündəmə gətiriləcəyi gözlənilir.
Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı üzrə İran-ABŞ danışıqlarının növbəti raundu fevralın 17-də Cenevrədə keçiriləcək.


