Dünya böyük bir ərzaq böhranına doğru gedir.
Millətin Səsi.az xəbər verir ki, bu barədə məşhur maliyyə analitiki Lukas Ekvuame deyib.
Onun sözlərinə görə, qlobal ərzaq istehsalının 50%-i birbaşa sintetik gübrələrdən asılıdır:
“Şimal yarımkürəsində əkin mövsümü yaxınlaşır və gübrələrin mövcudluğu ciddi şəkildə məhdudlaşmağa başlayıb:
– Boğazdakı vəziyyətə görə gübrə tədarükünün 30%-i kəsilib;
– LNG tədarükünün 20%-i kəsilib;
– Çin gübrə ixracına məhdudiyyətlər tətbiq edərək tədarükün ~30%-ni təhlükə altına alıb.
Sintetik gübrələrin əksəriyyəti təbii qazın köməyi ilə istehsalı olunur. Qaz yoxdursa, gübrə yoxdur. Gübrə yoxdursa, məhsul yoxdur. Məhsul yoxdursa, qida yoxdur”.


