İran “Hörmüz” lə bağlı çağırış etdi

İran “Hörmüz” lə bağlı çağırış etdi

İran silahlı qüvvələri Hörmüz boğazına nəzarəti davam etdirir və bütün gəmiləri Tehranla koordinasiya olmadan su yolundan keçməkdən çəkinməyə çağırır.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri İranın Xatəmül-Ənbiya qərargahının komandiri Əli Abdullahi bildirib.

“Biz Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edirik və vəziyyətə nəzarət edirik. Biz bütün ticarət gəmilərini və neft tankerlərini Hörmüz boğazında yerləşən silahlı qüvvələrlə əvvəlcədən razılaşdırılmadan keçmək cəhdlərindən çəkinməyə çağırırıq ki, onların təhlükəsizliyinə xələl gəlməsin”, – İranın dövlət televiziyası onun sözlərindən sitat gətirib.

Abdullahi xəbərdarlıq edib ki, hər hansı xarici silahlı qüvvələr, xüsusən də ABŞ ordusu Hörmüz boğazına yaxınlaşmağa və ya girməyə cəhd edərsə, hədəf alınacaq.

Share: