Moskva və Bütün Rusun patriarxı Kirill noyabrın 14-də Bakıya səfər edəcək.
Milletinsesi.az xəbər verir ki, bu məlumatı patriarxlığın mətbuat xidməti yayıb. Məlumata görə, Kirill Bakıda dünya dini liderlərin II sammitinin açılışında iştirak edəcək.
Kirillin Bakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında (Müqəddəs Jen-Mironosits pravoslav kafedral kilsəsi) kiçik dini mərasim keçirəcəyi vurğulanıb.