Abşeronda villa qarət edilib

Abşeron rayonunda bağ evindən külli miqdarda oğurluq edilib.

Trend-in məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində baş verib.

Naməlum şəxslər Poladova Nuranə Asif qızının Masazır qəsəbəsi, S.Aşıq küçəsində yerləşən bağ evinə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla daxil olaraq evdən 53 min 500 manat dəyərində məişət və geyim əşyalarını oğurlayıblar.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlaınıb. Araşdırmalar aparılır.

Share: