Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başlayıb

Bu gün Milli Məclisin növbəti plenar iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsinə başlanılıb.

İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edirlər. Millət vəkilləri 3 gün ərzində “2020-ci il dövlət büdcəsi haqqında”, “2020-ci il üçün yaşayış minimumu haqqında”, “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında”, “Əmək pensiyaları haqqında”, “Məşğulluq haqqında”, Sosial müavinətlər haqqında” qanun layihələrinə, eləcə də Vergi Məcəlləsinə dəyişikliklər I oxunuşda müzakirə ediləcək.

Share: