Ukrayna Prezidenti Vladimir Zelenski G7 sammiti zamanı ABŞ-ın dəstəyini qorumağa və ABŞ Prezidenti Donald Trampı Rusiya ilə müharibənin nizamlanmasına daha fəal qoşulmağa inandırmağa çalışır. Cəbhədəki vəziyyət və Rusiya iqtisadiyyatının problemləri Kiyevə bunun üçün yeni arqumentlər verib.
Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.
“Ukrayna tərəfi Trampı ölkəsinin döyüş meydanında uğurlar qazana və müharibədə təşəbbüsü tədricən ələ ala bildiyinə inandırmağa ümid edir. Eyni zamanda, sanksiyalar və hərbi xərclərin təzyiqi altında olan Rusiya iqtisadiyyatının çətinlikləri əlavə arqument kimi istifadə oluna bilər”, – məlumatda bildirilib.
Qeyd olunub ki, Tramp ənənəvi olaraq güclü oyunçu hesab etdiyi tərəfləri dəstəkləməyə meyllidir. Məhz buna görə də Ukraynanın hərbi uğurlar nümayiş etdirməsi Ağ Evin müharibə ilə bağlı gələcək mövqeyinə təsir göstərə bilər.


