Millimiz Yunanıstana qarşı

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə qoşulacaq.

Qol.az xəbər verir ki, millimiz ilk oyununu keçirəcək. Yığmamız Yunanıstanın Patra şəhərindəki “Papacharalambio Ethniko” stadionunda bu ölkədən olan həmyaşıdları ilə qarşılaşacaq.

13 noyabr

Avropa çempionatının ilkin seçmə mərhələsi

1-ci tur

17:00. Yunanıstan – Azərbaycan
Hakimlər:
Andrey Peçaneç, Radek Kotik (hər ikisi Çexiya), Viktor Matyaş, Denis Şurman (hər ikisi Ukrayna)
Patra. “Papacharalambio Ethniko” stadionu

Qeyd edək ki, millimiz 9-cu qrupda Yunanıstan, Almaniya və Qazaxıstanla mübarizə aparacaq.

Share: