“Instaqram”ın işində nasazlıqlar yaranıb

“Instagram” sosial şəbəkəsinin işində problem müşahidə olunub.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu barədə məşhur internet resurslarda problemləri aşkarlayan “Downdetector” portalı xəbər verib.

Məlumata əsasən, sosial şəbəkənin işindən daha çox İngiltərə, ABŞ, Yunanıstan və Türkiyədə yaşayan istifadəçilər şikayətləniblər.

İstifadəçilərin təxminən 67 faizi xəbər lentinin yenilənməsində, 21 faizi hesaba daxil olmada, 17 faizi isə sayta daxil olmaqda problemlərin olduqlarını bildiriblər.

Share: