İtaliyanın əsas turizm şəhəri Venesiya su altında qalıb.
İntensiv yağış suları şəhərdə həyatı iflic edib.
Şəhərdə suyun səviyyəsi 187 santimetrə qalxıb.
Venesiyanın bələdiyyə başçısı Luici Bruqnaro yağış sularının şəhərdə bəzi tarixi abidələrə zərər verdiyini açıqlayıb.
O, İtaliya hökumətindən yardım istəyib.
Şəhərin məşhur Marko Meydanında 1 metr səviyyəsində qalan su həm turistləri, həm də sakinləri çətin vəziyyətdə qoyub. Axırıncı dəfə 1966-cı ildə əlverişsiz hava şəraitinə görə Venesiyada suyun səviyyəsi 194 santimetrə qalxmışdı./teleqraf