Çinli uzun illər burnunda dişlə yaşayıb

Çinin Xeylunszyan əyalətinin Harbin şəhərinin sakini 20 il burnunda dişlə yaşayıb.

Bu barədə “Daily Mail” yazır.

Noyabrın əvvəlində 30 yaşlı Çjan Binşen həkimlərə son üç ay ərzində burnunun tutulmağı və nəfəs almaqda çətinlik çəkməyi ilə bağlı şikayət edib və bildirib ki, buna görə də gecələr pis yatır. Rentgenoskopiya zamanı həkimlər xəstənin burun boşluğunda şübhəli törəmə aşkar ediblər.

“O, insan dişinə oxşayırdı”, — otolarinqologiya şöbəsinin direktor müavini həkim Bay Çjiban deyib.

Binşen bildirib ki, 1999-cu ildə, on yaşında ticarət mərkəzinin üçüncü mərtəbəsindən yıxılıb və iki dişindən məhrum olub. Otolarinqologiya şöbəsinin direktoru Çjou Bin yıxıldıqdan sonra dişin xəstənin burnuna düşdüyünü və ora bitişdiyini ehtimal edib.

Binşenin orqanizmi burun deşiyindəki dişi rədd etməyib, buna görə o, 20 il ərzində nəzərə çarpmayıb. Cümə günü, noyabrın 8-də cərrahlar yarım saatlıq əməliyyat keçirərək, kişinin burnundan bir santimetrlik dişi çıxarıblar.

Bu xəstəlik çox nadir hallarda rast gəlinir. 1959-cu ildən 2008-ci ilə qədər tibbi jurnallarda cəmi 23 belə hal qeyd edilib.

oxu.az

Share: