“13 ildir mobil telefondan istifadə etmirəm”

Britaniyalı pop müğənnisi Robbi Vilyams özü haqqında maraqlı açıqlama verib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçi uzun illərdir mobil telefondan istifadə etmədiyini deyib.

“2006-dan bəri telefon istifadə etmirəm. Noutbukum həmişə yanımda olur və hər zaman internetə çıxışım var”.

Sənəti sosial şəbəkələrdəki hesablarının da başqaları tərəfindən idarə edildiyini deyib.

“Hesablarımın şifrələrini bilmirəm. Yoxsa, karyeramın sonu olardı” deyə, o, zarafatla bildirib.

Share: