“Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstan millisinin heyətində Paraqvayla bugünkü yoxlama görüşündə oynaya bilər.
Qol.az-ın xəbərinə görə, bu barədə Bolqarıstan mətbuatı yazıb. Bildirilib ki, zədəsini yeni sağaldan 26 yaşlı yarımmüdafiəçi dünən komanda ilə olmasa da, fərdi qaydada məşq edib. Onun Paraqvayla matça hazır olacağı vurğulanıb.
Qeyd edək ki, Bolqarıstan – Paraqvay oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq.