Ukrayna müharibənin 1637-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 469 970 hərbçi, 12 274 ədəd tank, 25 162 ədəd zirehli döyüş maşını, 48 155 ədəd artilleriya sistemi, 2040 (reaktiv yaylım atəş sistemi), 1 577 hava hücumundan müdafiə sistemi, 439 ədəd hərbi təyyarə, 354 ədəd helikopter, 2292 ədəd yerüstü robot-texnika kompleksi, 467 459 ədəd PUA, 135 891 ədəd avtomobil texnikası, 5 010 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 547 xüsusi avadanlıq itirib.


