“Qərb” qoşun qruplaşmasının bölmələri son sutka ərzində Ukraynaya məxsus 113 ədəd ağır döyüş heksakopterini vurub.
Millətin Səsi.az xəbər verir ki, bu barədə qruplaşmanın sözçüsü İvan Biqma məlumat verib.
“Hava hücumundan müdafiə qrupları və mobil silahlı bölmələr ABŞ istehsalı olan iki ədəd HIMARS raket mərmisini, 101 ədəd sabit qanadlı pilotsuz uçuş aparatını (PUA), 113 ədəd ağır döyüş heksakopterini və düşmənin dörd ədəd zərbə tipli pilotsuz uçuş aparatını (loitering munitions) vurub”, – deyə o bildirib.
Onun sözlərinə görə, qruplaşmanın döyüşçüləri həmçinin 59 PUA idarəetmə məntəqəsini, üç “Starlink” peyk rabitəsi stansiyasını, 33 robotlaşdırılmış sistemi və düşmənin üç səhra sursat anbarını məhv ediblər.


