Hacıqabulda 19 yaşlı qız öldürüldü

Hacıqabulda 19 yaşlı qız öldürüldü

Hacıqabulda qətl hadisəsi törədilib.

Milletinsesi.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhərində İ. Qayıbov küçəsində minik avtomobilində baş verib.

Hacıqabul sakini, 2007-ci il təvəllüdlü Zeynəb Qocayeva qardaşı tərəfindən boyun nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs könüllü olaraq polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Share: