Bakıda dəmiryolu stansiyasından çürümüş meyit tapıldı

Bakıda dəmiryolu stansiyasından çürümüş meyit tapıldı

Bakıda dəmiryolu stansiyasının ərazisindən çürümüş meyit tapılıb.

Milletinsesi.az lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə ərazisindəki dəmiryolu stansiyasının yaxınlığında naməlum kişi meyiti tapılıb. Meyitin təxminən 50 yaşlarında şəxsə məxsus olduğu bildirilib.

Məlumata görə, həmin şəxsin 1 ay əvvəl öldüyü ehtimal edilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Share: