Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

Çin millisinin baş məşqçisi Marçello Lippi istefa verib.

Qol.az xəbər verir ki, italiyalı mütəxəssis DÇ-2022-nin Asiya zonası üzrə seçmə mərhələsində Suriyaya 1:2 hesablı məğlubiyyətindən sonra bu qərarını açıqlayıb.

Çin millisi seçmə mərhələdə 4 oyuna 7 xal toplayıb və A qrupunda 2-cidir. Qrupa 12 xalla Suriya başçılıq edir.

71 yaşlı mütəxəssis 2016-cı ildən Çin millisini çalışdırırdı. O, 2019-cu ilin yanvarında istefa versə də, federasiya may ayında Fabio Kannavaronu vəzifəsindən göndərib, Lippini geri qaytarmışdı.

Share: