Xocalıda ANAMA əməkdaşı minaya düşdü

Xocalıda ANAMA əməkdaşı minaya düşdü

Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşüb.

Millətin Səsi.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Daşkənd kəndi ərazisində baş verib.

ANAMA əməkdaşı kənd ərazisində minatəmizləmə işləri apararkən mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Xocalıda minaya düşən ANAMA əməkdaşının şəxsiyyəti müəyyənləşib.

Bildirilib ki, minaya düşən 1990-cı il təvəllüdlü Anar İftixar oğlu Həsənov Goranboy rayon sakinidir.

O, ANAMA-da tədqiqat rəhbəri vəzifəsində çalışır.

Share: