Azərbaycanda yol qəzaları – 4 ÖLÜ, 13 YARALI

Son sutka ərzində Azərbaycanda baş vermiş yol qəzalarında 4 nəfər ölüb.

Ötən gn Respublika yollarında ümumilikdə 12 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə həyatını itirən 4 nəfərdən başqa, daha 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ötən sutka ərzində Bakının Suraxanı və Nərimanov rayonlarında, həmçinin Salyanda baş verən yol qəzalarında piyadalar həyatını itirib. Gəncədə isə minik avtomobilinni maneəyə çırpılması insan itkisi ilə nəticələnib.

Share: