Jan-Noel: “Fransa Rusiya ilə müharibə vəziyyətində deyil, lakin sülh vəziyyətində də deyil”

Jan-Noel: “Fransa Rusiya ilə müharibə vəziyyətində deyil, lakin sülh vəziyyətində də deyil”

Fransa Rusiya ilə müharibə vəziyyətində deyil, lakin iki ölkə arasında sülh də mövcud deyil.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

Nazir “LCI” telekanalına müsahibəsində deyib: “Aramızda sülh yoxdur, lakin biz Rusiya ilə müharibə vəziyyətində də deyilik”.

O, Fransanın guya Rusiya ilə əlaqəli olan dezinformasiya kampaniyaları və kiberhücumlarla üzləşdiyi barədə əvvəlki bəyanatını bir daha təkrarlayıb.

Fransanın baş diplomatı həmçinin qeyd edib ki, ölkəsi Ukraynaya dəstəyini davam etdirəcək.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Rusiyada mümkün səfərbərliklə bağlı şayiələri “tamamilə cəfəngiyyat” adlandıraraq rədd edib, mülki aviasiyaya qarşı təhdidlərə cavab vermək üçün Moskvanın imkanlara malik olduğu barədə Kiyevə xəbərdarlıq edib və xüsusi hərbi əməliyyat çərçivəsində irəliləyən Rusiya qüvvələri ilə bağlı məsələləri müzakirə edib.

Share: