Yuri Maksimovun yeni klubu müəyyənləşdi

“Keşlə”nin sabiq baş məşqçisi Yuri Maksimovun yeni iş yeri müəyyənləşib.

Qol.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Ukrayna Premyer Liqasında çıxış edən “Vorskla”nı çalışdıracaq. O, Poltava klubunda istefaya göndərilmiş Vitali Kosovskini əvəzləyib.

Maksimov 2017/18 mövsümündə “Keşlə”yə Azərbaycan kubokunu qazandırıb.

Share: