Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin müavini Fatma Betül Sayan Kaya istefa verib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, sədr müavini müxalifətin onun və həyat yoldaşının iştirakı ilə həyata keçirilən birja əməliyyatı ilə bağlı ittihamlarına əsasən işindən ayrılıb.
Qeyd edək ki, bir müddət əvvəl Yeni Partiyanın sözçüsü Zeynel Emre açıqlamasında iddia edib ki, Türkiyənin keçmiş ailə və sosial xidmətlər üzrə naziri Fatma Betül Sayan Kaya ötən ilin aprel ayında “Özata Denizcilik” şirkətinin 63 milyon TL dəyərində səhmlərini alıb və sentyabrın 16-da fond böhranı başlamazdan əvvəl 20 qat qazanc əldə edərək 1,34 milyard TL vəsaiti geri çəkib.


