Bakıda 22 yaşlı qız dəm qazından boğulub

Bakıda 22 yaşlı qız dəm qazından boğulub

Bakıda 22 yaşlı qız faciəvi şəkildə ölüb.

Hadisə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, ev 17, mənzil 30-da qeydə alınıb. Həmin mənzildə yaşayan 1997-ci il təvəllüdlü Fəridə Tağıyeva hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır. (APA)

Share: