Rusiyanın Pilotsuz Sistemlər Qüvvələrinin “Varyaq” briqadasına məxsus “Geran” pilotsuz uçuş aparatı (PUA) heyətləri Ukrayna ərazisindəki bir sıra məlumat mərkəzlərinə zərbələr endirib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada deyilir: “Düşmənin rabitə imkanlarını məhdudlaşdırmaq, hərbi logistika və qoşunların idarə olunması sistemini pozmaq məqsədilə, Pilotsuz Sistemlər Qüvvələrinin ‘Varyaq’ briqadasının zərbəçi PUA heyətləri Ukraynanın iri şəhərlərində dövlət və kommersiya xidmətləri, o cümlədən Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə olunan məlumatları emal edən bir sıra məlumat mərkəzlərinə zərbələr endirib. Xüsusilə, Rusiya Müdafiə Nazirliyinin yaydığı kadrlarda ‘Geran’ zərbəçi PUA-larının Ukrayna ordusunun strateji obyektləri sırasında olan ‘Parkovy’, ‘Ukrtelecom’, ‘Giga’ və ‘Podolsky’ məlumat mərkəzlərinə zərbə endirməsi əks olunub”.
Nazirliyin məlumatına görə, obyektiv nəzarət məlumatları və şahidlərin paylaşdığı kadrlar bütün hədəflərin uğurla vurulduğunu təsdiqləyir.


