Goranboyda ağır qəza: bir ailənin 5 üzvü…

Goranboyda ağır qəza: bir ailənin 5 üzvü…

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Millətin Səsi.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ markalı minik avtomobili idarəetmədən çıxaraq yük avtomobilinə arxadan çırpılıb. Qəza zamanı avtomobildə olan bir ailənin 5 üzvü xəsarət alıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb, hazırda onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

***

Bakı-Qazax magistral yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (3 kişi, 2 qadın) noyabrın 2-də saat 06:00 radələrində Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilən pasiyentlərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onlardan ikisinin vəziyyəti orta ağır, üçünün vəziyyəti stabil qiymətləndirilir”, – məlumatda qeyd edilib.

Share: