Nazir həmkarının ürəyini əməliyyat etdi – Foto

Nazir həmkarının ürəyini əməliyyat etdi – Foto

Qırğızıstanın səhiyyə naziri Damir Osmanov başqa bir nazirin ürəyində əməliyyat keçirib.

Millətin Səsi.az lent.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı Osmanov sosial şəbəkə hesablarında paylaşıb.

Onun sözlərinə görə, həmkarına stent qoyulub və bu, infarktın qarşısını almağa kömək edib.

Lakin o, əməliyyat edilən nazirin adını bildirməyib.

Xatırladaq ki, ixtisasca kardioloq olan D.Osmanov bu ilin fevralın sonunda səhiyyə naziri təyin edilib.

Share: