Hörümçək toru əsasında yeni biokompozit hazırlanıb

Sankt-Peterburq Milli İnformasiya Texnologiyaları, Mexanika və Optika Universitetinin və İsveçin SLU Universitetinin alimlərinin birgə araşdırmaları nəticəsində təbii hörümçək torunun proteinləri və optik aktiv nanohissəciklər əsasında yeni biokompozit hazırlanıb.

Trend-in məlumatına görə, materialın əsas üstünlüyü onda təbii ipək lifləri və qeyri-üzvi sintetik hissəciklərin birləşməsinin olmasıdır.

Unikal mexaniki xüsusiyyətlərə malik olan biokompozit yaxın infraqırmızı diapazonda təhrik zamanı optik cavab verə bildiyindən gələcəkdə onu biotibb sahəsində də istifadə etmək mümkün olacaq.

Share: