S-400-lər Türkiyənin xidmətinə nə vaxt veriləcək? – Tarix açıqlandıS-400-lər Türkiyənin xidmətinə nə vaxt veriləcək? – Tarix açıqlandı

Rusiya S-400 hava hücumundan müdafiə sistemini 2020-ci ilin yazında Türkiyə ordusunun xidmətinə verəcək.

Bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Dmitriy Şuqayev bildirib.

Şuqayev türkiyəli hərbçilərə keçirilən təlimlərin bu ilin sonuna qədər başa çatacağını qeyd edib.

Rusiyalı mütəxəssis 5-ci nəsil qırıcıların Türkiyəyə satıla biləcəyinə də işarə edib. O qeyd edib ki, tərəflər məsələ ətrafında müzakirələri davam etdirirlər./teleqraf

Share: