Ağsuda yol qəzası ölümlə nəticələndi

Ağsuda yol qəzası ölümlə nəticələndi

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib.

Millətin Səsi.az xəbər verir ki, ötən gün axşam saatlarında Ağsu şəhəri ərazisində Ələddin Qədirovun idarə etdiyi VAZ-2106 və Simran Əhmədlinin idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-2106-nın sürücüsü xəsarət alıb, sərnişin – həyat yoldaşı 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb.

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.

Share: