Ukraynalı kəşfiyyatçılar Avstriyada həbs edildi

Ukraynalı  kəşfiyyatçılar Avstriyada  həbs edildi

İki həftə əvvəl sərbəst buraxılan iki ukraynalı hərbi kəşfiyyat zabiti yenidən Avstriya hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

Millətin Səsi.az xəbər verir ki, Avstriyanın ORF yayım şirkətinin məlumatına görə, həmin şəxslər casusluqda şübhəli bilinirlər.

Yayım şirkətinin xəbərinə əsasən, onların yenidən həbs olunmasına, ehtimal ki, onlardan götürülmüş mobil telefon və kompüterlərin təhlili səbəb olub. Qurğularda Böyük Britaniyada kəşfiyyat əməliyyatlarına hazırlıqla bağlı sübutlar aşkar edilib.

ORF-in məlumatına görə, kəşfiyyat zabitləri iqtisadi cinayətlərdə ittiham olunan şəxsləri Ukraynaya aparmağa cəhd göstərmiş ola bilərlər.

Share: